Aparatlarla bədən şəkilləndirmə və ya arıqlamaq üçün hansı uğurlu yöntəmlər istifadə olunur?
Əməliyyatsız regional arıqlama üsulları bu gün estetika və sağlamlıq sahəsində çox böyük uğurlara imza atır. LaLisa estetik mərkəzi olaraq pasientlərimizə cərrahi müdaxilə və uzun sağalma dövrü riskini yaşamadan bu yenilikçi və etibarlı texnikalarla arıqlamaq və bədən konturlarını yaxşılaşdırmaq imkanı təklif edirik. Aparatlarla arıqlamada İstifadə olunan texnologiyalar arasında kriolipoliz(soyuq lipoliz), LPG masaj, EMS(elekto maqnetik stimuliyasiya), G5 masaj kimi effektiv variantlar var ki, bunların hər biri müəyyən üstünlüklər və xüsusiyyətlərə malikdir.
Əməliyyatsız bədən şəkilləndirmə metodları dünya estetikasında bir inqilabdır. LaLisa estetik mərkəzi olaraq öz pasientlərimizə bu sahədə ən son yenilikləri təqdim etməkdən qürur duyuruq. Cərrahi əməliyyatlara alternativ olaraq inkişaf etdirilən bu üsullar, xanımların estetik gözləntilərini qarşılamaq üçün fərdi müalicə planları çərçivəsində tətbiq edilir. Müasir texnologiyalarımız bir başa yağ hüceyrələrini, selülit və piy toxumalarını hədəf alır və onları təhlükəsiz şəkildə azaldır, pasientin gündəlik həyatını yarımçıq qoymadan ona istədiyi estetik nəticələrə nail olmaq imkanı verir.
Bədən şəkilləndirmə üçün prosedur təyinatı fərdi yanaşma ilə həyata keçirilir. Prosedurdan əvvəl ətraflı sağlamlıq qiymətləndirilməsi aparılır və pasientin arzuları istiqamətində ən uyğun müalicə planı təyin edilir. Prosedur vaxtı və seansların sayı müalicə olunacaq sahənin ölçüsünə və xəstənin məqsədlərinə görə dəyişir.
Əməliyyatsız arıqlama üsulları cərrahi müdaxiləyə üstünlük verməyənlər, əməliyyat prosesindən, anesteziya və ya uzun sağalma dövrləri kimi mövzulardan narahat olan insanlar üçün idealdır.
Təklif etdiyimiz əsas üsullar aşağıdakılardır
Kriolipoliz
Bu üsul xüsusilə lokal nahiyələrdə dondurma texnologiyası ilə pəhriz və ya idmanla əriməyən inadkar piylər üçün nəzərdə tutulmuşdur. Tətbiq edilən nahiyələr qarın, bel, qol, ayaq, omba və s.
LPG integral masaj
LPG vakuum texnikası bədən incəlməsi çox asan və rahat bir prosesdir. Bu texnikada ümumiyyətlə vakuum üsulu ilə toxumaların sıxılması və hədəf bölgədəki qan axınının sürətləndirilməsi hədəflənir. Beləliklə, sürətlənmiş axınla yağ hüceyrələrinin ölçüləri kiçilir və bədəndə arzu olunan arıqlama əldə edilir. İstifadəsinə göstərişlər:
- Selülitin tam müalicəsi;
- Üz və bədən dərisinin yığılması və möhkəmləndirilməsi(liftinq);
- Liposaksiya əməliyyatından sonra bədənin bərpası;
- Şişkinliyin aradan qaldırılması;
- Ümumi gücləndirilmə və bərpa(əzələ və bel ağrılarına qarşı)
EMS(Electro magnetic stimulation)
Yeganə müasir texnologiyadır ki, əməliyyatsız olaraq istənilən nahiyədə əzələlərin bərkidilməsini və böyüdülməsini təmin edər.Eyni zamanda artıq yağların əriməsinə kömək edər. Yüksək intensivli fokuslanmış elektromaqmetik enerjilər 30 dəqiqə ərzində əzələləri 20 min dəfədən çox hərəkət etdirər. Hansı ki bunu heç bir idman vasitəsilə etmək mümkün deyildir.
Bədən şəkilləndirmə haqqında ətraflı məlumat almaq və ya mütəxəssislə ödənişsiz konsultasiya təyin etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Arıqlama aparatlarımız haqqında tez tez verilən sualların ətraflı cavabı üçün aşağıdaki linkə keçid edə bilərsiniz.