Blefaroplastika - alt və üst göz qapağı sallanmasının aradan götürülməsi
Yaşlanma, dərinin elastikliyini itirməsi və cazibə qüvvəsinin təsiri nəticəsində göz qapaqlarında müəyyən yaşdan sonra artıq dəri və sallanma əmələ gəlir. Bu, bəzi insanlarda genetik olaraq daha tez yaşlarda baş verə bilər.
Əməliyyatsız Blefaroplastika necə həyata keçirilir?
Mərkəzimizdə blefaroplastika proseduru Jett Plasma medical cihazı vasitəsilə plazma enerjisi tətbiq etməklə icra olunur. Plazma enerjisi istehsal edən cihazın üzərindəki iynə dəriyə yaxınlaşdırıldıqda (dəri ilə təmas etmədən) tətbiq edilən bölgədə qaz halında mövcud olan su buxarı və azot yüksək enerji ilə plazma enerjisinə çevrilir. Bu enerji dəridə olan zədə və ya artıq dərini buxarlandıraraq problemli toxumaları məhv edir və dəri yenidən sağalma prosesinə daxil olur. Nəticədə artıq dəri qabıqlanaraq çıxır və dəri yenidən sağalaraq təzələnir. Plazma enerjisi ilə həm sallanma, həm də qırışlar eyni qaydada əməliyyatsız olaraq müalicə olunur.
Göz qapaqlarının sallanmasından başqa fərqli bölgələrə plazma enerjisi tətbiq edilir. Bunları aşağıdakı kimi sıralamaq olar:
– Göz ətrafındakı qırışlar (qaz ayağı)
– Göz altında torbalıqlar
– Dodaqlarda və qulaqların önündə xəttlər və qırışlar
– Xallar, Papillomalar
– Akne və sızanaq izləri
– Ləkələr (günəş və yaş ləkələri)
– Tikiş izləri, keloidlər, çapıqlar
Prosedur steril bir mühitdə həkim tərəfindən aparılmalıdır. Cərrahi əməliyyat olmayan göz qapağı estetikasında adətən bir seans kifayət edir. Prosedur yerli keyitmə ilə ağrısız aparılır. Güclü sallanma varsa, prosedur 3 aydan sonra təkrarlana bilər. Prosedurun təsir müddəti, əməliyyat kimi, təxminən 3-5 ildir.
Qeyri-cərrahi göz qapağı estetikası İyul və Avqust kimi çox isti aylar istisna olmaqla istənilən mövsümdə edilə bilər.
Prosedurdan sonra
Qeyri-cərrahi göz qapağı əməliyyatından sonra ilk 3-4 gündə ödem və qabıqlanma əmələ gəlir. Bununla belə, heç bir sarğı tələb olunmur. Gözləri bağlamağa ehtiyac yoxdur. Qabıqlar çıxarıldıqdan sonra dərinin bərpası üçün 10 gün lazımdır. Bu arada, gizlədici xüsusiyyəti olan günəşdən qoruyucu vasitələrdən istifadə edilməli və çöldə günəş eynəyi taxılmalıdır. Qeyri-cərrahi göz qapağı estetikasından sonra çapıq və ya qeyri-təbii görünüş qalmayacaq