Çapıq izi, tikiş izləri və ya keloidləşmələri hamarlaşdırmaq üçün ən müasir yöntəm.
Adətən hər hansı bir əməliyyat sonrasi qoyulmuş tikişlər və yaxud dəridə hər hansı bir travma nəticəsində müəyyən nahamarlıqlar meydəna gələ bilər. Bu nahamarlıqlar bir çox hallarda insan orqanizminin keloidləşməyə meyilli olmasından irəli gələ bilər. Buna səbəb, dəri özünü digər orqanizmlərdən fərqli olaraq daha rahat bərpa edə bilmir.
Keloid çapıqlarının aradan götürülməsi və bir daha yaranmaması üçün həmin nahiyədə minumum travma ilə məksimum effekt əldə edilməsi ən vacib məqamlardandır. Çünki, bir çox hallarda şahidi olduğumuz kimi, əməliyyat və ya digər ağır travmalı yöntəmlər nəticəsində keloid çapıqları adətən yenidən yarana bilir və hətta bəzi hallarda əvvəlkinə nisbətən daha böyük formaya gəlib çıxır.
Mərkəzimizdə bu tip çapıqlar ən son texnologiya olan Jett Plasma Medical cihazı ilə, təbii plazma enerjisinin dəriyə tətbiqi ilə həyata keçirilir. Nəticədə çapıqlar buxarlanaraq təmizlənir və dərinin qabıqlanma üsulu ilə sağalmasına şərait yaradılır.
Ödənişsiz konsultasiyamıza yazılmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.