Əməliyyatsız üz gərmə, face lifting
Müəyyən yaşdan sonra dəridə yaranmış sallanmalar və qırışlardan qurtulmaq hər bir xanımın arzusudur. Lakin sosial xəbərlərdə qarşımıza çıxan bir çox uğursuz əməliyyatları görüb çoxumuz cərrahi əməliyyata üz tutmaqdan çəkinirik. Buna görə də bir çox xanımlar daim qeyri cərrahi üsulların ən yaxşısının axtarışındadır.
Mərkəzimizdə üz gərmə(face lifting) proseduru Shifu Plus cihazı ilə tam əməliyyatsız yerinə yetirilir. Cihaz fokuslanmış ultrasəs dalğaları ilə çalışır. Dərinin üst təbəqəsinə zərər vermədən bir başa alt təbəqədə(əzələ aponevrotik) müəyyən istilik nöqtələri yaradır. Bu isti nöqtələr dərinin özünü yenidən bərpasına tam şərait yaradır. Buna görə də tam nəticə əldə etmək üçün bir neçə seansa ehtiyac olmur, cəmi 1 seans kifayət edir ki, dəri cavan yaşlardaki vəziyyətinə qayıtsın. Shifu Plus(Orijinal HİFU) bir başa dərinin alt təbəqəsinə təsir etdiyinə görə seansdan sonra heç bir göyərmə , qızartı və ya hər hansı bir bərpa dövrü olmur. Pasient prosedurdan sonra normal sosial həyatına davam edir.