HAQQIMIZDA

Haqqımızda

Lalisa Estetik mərkəzi 2016-cı ildən bəri fəaliyyətə başlamış, qısa müddət ərzində peşəkar həkim-kosmetoloq kollektivi ilə pasientlərin rəğbətini qazanmışdır. Azərbaycanda müasir dövrün tələblərinə cavab verən yalnız orijinal və effektiv avadanlıqlar ilə, ən münasib qiymətlərlə prosedurlar həyata keçirmişdir. Buna görə də tez bir zamanda pasietlərin hər kəsə önərə biləcəyi bir estetik mərkəz olaraq tanınmışdır.
Gigiyena mərkəzimizin 1 nömrəli məsuliyyəti hesab edilir.Pasientlərimizin hər birinə individual yanaşılaraq onların problemini öz problemimiz kimi görürük.
Məqsədimiz bütün estetik problemləri minimum reabilitasiya dövrü ilə maksimum effektiv çözməkdir.Bunun üçün çox illik təcrübəyə malik tibbi personal və ən müasir orijinal estetik avadanlıqlarla xidmət göstərmək bizim üçün ən vacib nüansdır.

Mütəxəssislərimiz

Həkim-Kosmetoloq2000-ci ildə Rusiyanın Moskva şəhərində "Международный Институт Эстетической Медицины" institutun-da təhsilini fərqlənmə ilə bitirən Fəridə Qasımova daha sonra İtaliya, Moskva, Türkiyə və Azərbaycanda bir çox kosmetoloji kurs və seminarlarda iştirak edib sertifikatlarla təltif edilmişdir. 2017-ci ildən mərkəzimizdə fəaliyyət göstərməkdədir. 20 ildən çox peşəkar kosmetoloji təcrübəyə sahibdir.
Lazeroloq
2018 -ci ildən mərkəzimizdə fəaliyyət göstərən Nərminə Dadaşova lazeroloq olaraq 8 ildən artıq təcrübəyə sahibdir. İş Günləri: Həftənin 1,3,4,6-cı günləri.
Bədən Şəkilləndirmə Üzrə Mütəxəssis Sara Almazişvili 2020-ci ildən etibarən mərkəzimizdə bədən şəkilləndirmə üzrə mütəxəssis olaraq çalışmaqdadır. Aparatlarla arıqlama üzrə 8 ildən çox professional təcrübəyə malikdir.
Lazeroloq Həmidə Babayeva 2020-ci ilin Mart ayından mərkəzimizdə fəaliyyət göstərməyə başlasa da kosmetoloq olaraq 1 il,lazeroloq olaraq 8 ildən çox təcrübəyə malikdir.20-ə yaxın təlim və kurslarda iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. İş Günləri: Həftənin 1,3,6 və bazar günləri.
Kirpik Qaynağı Üzrə Master Gülnar Şəbiyeva 2020-ci ildən etibarən mərkəzimizdə kirpik qaynağı üzrə master olaraq fəaliyyət göstərsə də, bu sahə üzrə 5 ildən çox təcrübəyə malikdir.
Manikür Və Pedikür Üzrə Master Zeynəb Dadaşova 2020-ci ildən etibarən mərkəzimizdə manikür-pediker üzrə master olaraq fəaliyyət göstərsə də, bu sahədə 5 ildən çox təcrübəyə malikdir.
Lazeroloq 2019 -cu ildən mərkəzimizdə fəaliyyət göstərən Dəniz Vəliyeva peşəkar lazeroloq olaraq 7 ildən çox təcrübəyə sahibdir. İş Günləri: Həftənin 2,5 və Bazar günləri
Lazeroloq Epilyasiya tətbiqində 5 ildən artıq peşəkar fəaliyyəti olan Nüranə Mirzəyeva 2022-cı ildən mərkəzimizdə lazeroloq olaraq fəaliyyət göstərməktədir. İş Günləri: Həftənin 2,4,5-ci günləri.

Sirrimiz

Fərqimizdir

Gözəlliyinizin qeydinə bizimlə qaldıqdan sonra əvvəlki və sonrakı halınıza inana bilməyəcəksiniz.
Read More
Söhbəti davam etdir
Söhbətə başla
Lalisa Estetik Mərkəz
Salam, hörmətli izləyici!
Buyurun, sizə necə köməklik edə bilərik?