Texnologiyada ən son nəaliyyət sayılan və həqiqətən “Təbii Plazma” enerjisi ilə çalışan bu cihaz əsl Avropa texnologiyası, Çexiya istehsalıdır.
İş prinsipi- havada olan qazları ionlaşdıraraq (maddənin 4-cü halına çevirərək) bir başa dərinin problemli nahiyyəsinə plazma axını yaradır və nəticədə dərinin ən üst təbəqəsini sublimasiya edir. Əməliyyatsız, qansız, tikişsiz, izsiz bir müalicə üsuludur.
Estetik və Kosmetik cəhətdən olduqca gözəl nəticələr əldə etməyə imkan yaradır.
Kosmetoloji və dermotoji sahədə 18 illik təcrübəyə malik Rusiya və bir çox Avropa ölkələrində təhsil almiş həkim-kosmetoloq Dr. Fəridə Qasımova tərəfindən artıq 2 ildir ki, Jett Plasma ilə mərkəzimizdə aşağıdakı prosedurlar icra edilməkdədir:
- Göz qapağı sallanması (Blefaroplastika);
- Üzdə olan qazayağı, qulaqönü, dodaqüstü ve s. qırışlar;
- Gözaltı torbalar;
- Aktiv Akne və Post Akne capıqları;
- Göz qapaqlarında olan ağ və sarı piy kristalları (Milium, Ksantelazma);
- Ət xalları, ziyillər, papillomalar;
- Günəşdən düşən ləkələr, Piqment ləkələri, yaşlılıq ləkələri;
- Cərrahi əməliyyatdan və ya kəsikdən yaranmış Keloid çapıqları, nahamarlıq;
- Hamiləlikdən yaranmış striyalar (dəri dartılması) və s.