Lazer epilyasiyasından ən yaxşı nəticəni necə əldə etmək olar?
Lazerlə müalicəyə başlamazdan əvvəl, istifadə olunacaq cihaz haqqında daha çox məlumat əldə etməyinizdə fayda var. Çox fərqli lazerlər var və hamısı nəticə etibarilə eyni deyil. Bəziləri müəyyən tük və ya dəri rəngləri üçün uyğun deyil. Digərləri qalıcı nəticələr vermir və ya hətta sağlamlığınız üçün təhlükəli ola bilər.
LaLisa mərkəzində biz Amerika istehsalı son model aleksandrit Cynosure cihazından istifadə edirik.
Cynosure estetik lazerlər sahəsində dünya lideridir. Buna görə də biz şüurlu şəkildə səmərəli və hər şeydən əvvəl sağlamlıq üçün təhlükəsiz olan ən müasir texnologiyaya üstünlük verdik.
İstifadə etdiyimiz lazer 4-cü sinif lazerdir. Bu, tətbiqi ciddi çərçivə ilə məhdudlaşan, istifadə üçün peşəkar avadanlıqdır. Buna görə də bu cihazı istifadə edən həkimlər mütləq təcrübəli tibbi savada malik olmaları əsas şərtlərdəndir. Lazer həkimlərimizin hamısı bu sahədə mütəxəssisdir. Biz 9 ilə yaxındır ki, eksklüziv olaraq lazer epilyasiyasını həyata keçiririk.
Alexandrite lazer necə işləyir?
Bu lazer xüsusilə güclü və çox seçicidir. Onun işıq şüası tük piqmenti olan melanini tutur və udur. Tük köklərində istiliyə çevrilərək onları birdəfəlik məhv edir.
Bu işıq şüası son dərəcə dəqiqdir; dermal təbəqədən kənara çıxmır və buna görə də nə dəriyə, nə də ətraf toxumalara zərər vermir. Onun dalğa uzunluğu qeyri-kanserogendir, bu da müalicəni maksimum təhlükəsizlik şəraitində həyata keçirməyə imkan verir.
Cynosure cihazı müalicə olunan nahiyəyə anestezik təsir göstərən soyutma sistemi ilə birgə çalışdığına görə müalicə seanslarınız maksimum komfortlu və rahat keçir.