• Tbilisi prospekti 1058, Bakı, Azərbaycan, AZ1078
  • Hər gün: 9:30 – 21:00

BƏDƏN ŞƏKİLLƏNDİRMƏ

Bədən şəkilləndirmə üçün 3 növdə FDA(Amerika dərman və qida administrasiyası) sertifikatı almış effektiv, təhlükəsiz, orijinal və müasir tibbi texnoloji avadanlıqlar istifadə edilməkdədir. Əməliyyata alternativ olan aparatlarla arıqlama prosedurlarımızdan dərhal sonra pasient normal sosial həyatına davam edə bilər.

LPG İntegral

Vakum çəkimi və özü fırlanan roliklərin köməyi ilə dəri altı yağ toxuması və kollagen bağları dərinliyində yumuşaq toxumaları bir növ yoğuraraq bədən şəkilləndirmə və üz modelləmə üzrə çoxfunksiyalı aparat texnologiyasıdır.

● Selülitin(portağal qabığı) tam müalicəsi;
● Üz və bədən dərisinin yığılması və möhkəmləndirilməsi
● Liposaksiya əməliyyatından sonra yaranmış nahamarlıq,düyün və şişkinliyin korreksiyası.

● Liposaksiya əməliyyatından əvvəl piy qatının yumuşaldılması üçün.
● Ümumi şişkinliyin aradan qaldırılması
● Ümumi gücləndirilmə və bərpa(əzələ və bel ağrıları,yorğunluq və s.)

● Digər masaj yöntəmlərindən üstün olaraq dərinin dartılaraq zədələnməsinin qarşısını alar.
● Cihazın başlığının bədəndə düzgün hərəkət etməsinə köməklik edər.
● Gigiyenikdir və tam ağrısızdır.

İlk 3 seansdan sonra gözlə görüləcək nəticə əldə edilsə də tam nəticə üçün adətən 10 seans kifayət edir. Bədən şəkilləndirmə proseduru həftədə 2 və ya 3 dəfə edilə bilər.

● İnkişaf etməkdə olan xərçəng xəstəliyi.
● Dəri töküntüsü və ya digər infeksiyon xəstəliklər.
● Prosedur zonasında iltihabi xəstəliklər.
● Qan xəstəliyi.
● Böyrək çatışmazlığı
● Orqan transplantasiyası(böyrək,qaraciyər və s.)
● Antikoaqulant müalicələr.

● Dəri altı lipomalar(kapsulasız).

● Varikoz genişlənməsi olan nahiyələr.

Bütün bədən –  40-60 dəqiqə.
Yarı bədən –  30 dəqiqə.
Tək nahiyə(məs:qarın,üz) –  15-20 dəqiqə.

EMS (Əzələ Şəkilləndirmə)

Ems – Yeganə müasir texnologiyadır ki, əməliyyatsız olaraq həm yağ əridir həm də əzələ yaradaraq daha fit bir bədənə sahib olmamızı təmin edər. Popa dikləşdirmə və həcmləndirilməsində əvəzsiz nəticələrə imza atmışdır. Yüksək intensivli fokuslanmış elektromaqmetik enerjilər sayəsində əzələlərin 20 min dəfə hərəkət etdirilməsi təmin edilir ki, bunu heç bir idman vasitəsilə əldə etmək mümkün deyildir.

● Popa dikləşdirmə və həcmləndirmə
● Qarın,ombalar
● Ayaqlar(baldır,bud,ayaq içi)
● Qollar(ön,arxa hissə)

Prosedur müddəti 20-30 dəqiqədir.Tamamilə ağrısızdır, prosedur zamanı siz sadəcə uzanıb dincəlirsiniz və əzələlərinizin necə intensiv şəkildə çalışmasının şahidi olursunuz.

EMS proseduruna həftədə 2 dəfə olmaqla 4 və ya 8 seanslıq paketlər şəklində gəlinir. Bir çox hallarda ilk seansdan sonra nəticə hiss edilməyə başlasa da tam nəticə 8-ci seansdan 30 gün sonra əldə edilir.Nəticəni daimi olaraq qorumaq üçün hər 30 gündə 1 seans edilməsi məsləhət görülür.

● Xərçəng xəstəliyi(xüsusilə dəri xərçəngi)
● Hamiləlik dönəmi
● Günəşdən zədələnmiş və yanmış dəri
● Müalicə zonasında Herpes Simplex infeksiyası
● Ağır dərəcəli insulin asılı şəkər xəstələrinə
● Antikoaqulant müalicələr.
● Epilepsiya

 

Kriolipoliz

Bədən şəkilləndirmə üçün ideal prosedurlardan biri də soyuq lipoliz kimi də tanınan Kriolipoliz liposaksiya əməliyyatından çəkinənlər üçün ən düzgün alternativ hesab edilir. Seans zamanı digər toxumalara zərər vermədən yağ toxumaları aşağı temperatura məruz qalaraq dərialtı yağ hüceyrələri məhv edilir və parçalanaraq orqanizmdən təbii yol ilə ixrac edilməyə başlayır. Aparatlarla arıqlama prosedurlarında öndə gedən prosedurlardan hesab olunur. Effektiv və təhlükəsiz olması üçün mütləq cihazın orijinal olması əsas şərtlərdəndir.

Arıqlamaq üçün pəhriz və idmanla əriməyən lokal piylərin həmişəlik aradan qaldırılması üçün müraciət edilən ən təsirli arıqlama yöntəmlərindəndir.

Ayaqlar,kürək,qarın,omba,popa,qollar və digər istənilən nahiyələrdə effekt əldə etmək mümkündür.

Tamamilə ağrısız və komfortlu bir müalicə üsulu olsa da prosedurun ilk 5-10 dəqiqəsində işlənən bölgədə soyuğa bağlı bir sızıltı hiss edilməsi normaldır. Dəri soyuğa öyrəşdikcə narahatlıq hissi tamamilə keçər.
1 seans 50-60 dəqiqədir. Bu müddət ərzində pasientlər telefon,TV və ya kitab oxumaq kimi sevimli məşğuliyyətləri ilə məşğul ola bilər.

Kriolipoliz tətbiq edilən nahiyədə hər seans 25-40% piylərin azalmasını müşahidə edəcəksiniz. Prosedur 30 gün ərzində maksimum 2 seans edilə bilər.

● Soyuğa qarşı həssaslıq Xəstəlikləri(Krioqlobulinemiya,Raynaud və s.).
● Kardiostimulyator kimi hər hansı aktiv implant edilmiş cihazlar.
● Hamiləlik və ya laktasiya.
● Müalicə zonasında sağalmamış əməliyyat çapığı,yırtıq,açıq yara və yaxud dəri xəstəlikləri (Ekzema,Dermatit və s.).

● Dəri altı lipomalar(kapsulalı və ya kapsulasız)

Söhbəti davam etdir
Söhbətə başla
Lalisa Estetik Mərkəz
Salam, hörmətli izləyici!
Buyurun, sizə necə köməklik edə bilərik?