Aleksandrit Lazer Epilyasiya

Ən çox soruşulan sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlmazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmanız xahiş olunur.

LaLisa estetik mərkəzində Amerika istehsallı, lazer texnologiyasında ən inkişaf etmiş cihaz olan Aleksandrit

“Cynosure Apogee Plus” –dan istifadə edilir. Bu cihaz lazer epilyasiyasında “Qızıl Standart” adını alaraq, “Ən yaxşı lazer epilyasiya cihazı” mükafatının qalibidir.

  1. Prosedur soyuq hava ilə birgə daha ağrısız və zərərsiz aparılır.
  2. Seansların sayı və seans aralıqları daha uzunmüddətlidir (ilkin seanslarda üz nahiyyəsi 28-30 gün,bədən nahiyyəsi 45-60 gün); bir neçə seansdan sonra bu müddət 8-12 aya qədər uzanmaqdadır.
  3. Cihazın başlığı dəri ilə təmas etmədiyinə görə tam gigiyenikdir.Bu da epilyasiya zamanı yoluxa biləcək bütün dəri xəstəliklərindən sığortalanma deməkdir.
  4. Mərkəzimizdə tibb təhsilli xüsusi hazırlıq keçmiş təcrübəli lazeroloqlar xidmət göstərməkdədir.
  5. Təcrübəmiz onu deməyə əsas verir ki, hətta hormonal disbalans olan pasientlər belə tüklərin digər yerlərdən 2-3 dəfə gec,nazik və daha az çıxdığını bizə bildirirlər.
  6. Prosedurun təmiz,səliqəli və komfortlu aparıla bilməsi üçün hər bir nahiyə üçün digər yerlərə nisbətən 2-3 dəfə çox vaxt ayrılmaqdadır

Prosedur olunacaq nahiyə ülgüclə tamizlənibsə 2-3 gün sonra lazer edilə bilər.Tüklərin uzunluğu 1-3mm arası olmalıdır.Əgər çox uzun olarsa prosedurdan öncə həkim tərəfindən cihaz vasitəsilə qısaldılır.

Cihazımız kondisioner qazı (freon) ilə işləmədiyi ücün ilk növbədə tam zərərsizdir. Epilyasiya prosedurunu ağrısız etmək üçün “Cynosure Cryo 6” cihazı vasitəsilə təbii, buz kimi hava axını ilə prosedur aparılmaqdadır. Buna görə də prosedur həm ağrısız, həm zərərsiz sayılmaqdadır.

Tibbin əhəmiyyətli texnoloji kəşflərindən olan lazer son 30-40 ildir inkisaf edərək, bir çox sahədə etibarlı şəkildə istifadə edilməkdədir.

Bu istifadə sahələrindən biri də lazer epilyasiyasıdır. Tük dönməsi əməliyyatından sonra həkimlərin bir başa məsləhət bildiyi Aleksandrit lazerdir.

Lazer epilyasiyasının məqsədli istifadəsində heç bir kanserogən təsiri yoxdur. Mərkəzimizdə istifadə edilən Cynosure Apogee Plus cihazı FDA (Amerika qida və dərman dairəsi) təsdiqlidir və bir çox inkişaf etmiş ölkələrdə istifadə olunmaqdadır. Lazerin çıxardığı enerji müəyyən bir dalğa boyunda işıqdan ibarətdir.

Dəriyə və heç bir ətraf toxumalara zərər vermədən keçərək tük kökünə çatan bu işıq, bədəndə hər hansı bir qalıq buraxmaz.

Lazer epilyasiyası üçün, günəş vannası qəbulundan 10 gün sonra bizə müraciət edə bilərsiniz və yaxud lazer epilyasiyasından ən az 10 gun sonra günəş vannası qəbul edə bilərsiniz.

Sarı tüklərə qarşı təsirlidir.Ancaq, lazer işığı tük melanini tərəfindən əmildiyi üçün, çox açıq sarı ve ağ tüklərə bəzən tam təsir göstərmir.Açıq sarı tükləri yalnız ağ dərili insanlarda yüksək dərəcə ilə yox etmək mümkündür.

Prosedurdan sonra yanmış və ölü tük kökləri ilkin seanslarda bəzi nahiyyələrdə 10 günə qədər qara nöqtələr kimi görünə bilər,

prosedurun 14-15-ci günləri nəzarət seansına gəlinir. Nəzarət seansında həkim prosedur olunan nahiyyədə tökülməyən tükləri kontrol edəcək, əgər hər hansı bir səbəbdən gözdən qaçmış və ya tökülməyən tüklər olarsa, korreksiya seansı tam ödənişsiz aparılacaqdır.

Epilyasiya zamanı düzgün cihaz və professional, təcrübəli, dəri tiplərinə uyğun parametr təyin edə bilən həkim mütəxəssisin olması olduqca vacib şərtdir.

Mərkəzimizdə 7 ildən artıq bu sahədə çalışmış mütəxəssislər tərəfindən prosedur icra edildiyinə görə, belə hallar ile rastlaşmazsınız. Əgər zəif dərəcə seçilərsə prosedurun effekti zəif, yüksək dərəcə seçilərsə yanma ehtimalı vardır. Bizim həkimlər təcrübələrinə və bu sahədə tibbi savadlarına güvənərək “Qızıl Orta”-nı tapmaqda çətinlik çəkmirlər.

Üz-daha çox hormonal asılı nahiyyə olduğu üçün və tük soğanaqları daha incə olduğu üçün seans sayısı digər nahiyyələrə nisbətən daha çox ola bilər.

  • Prosedur olunacaq nahiyyə son 3 ay ərzində cərrahi əməliyyat olunubsa;
  • Prosedur olunacaq nahiyyədə Fibroma,Mioma,Zob və ya hər hansı ustu açıq və iltihablı yaralar varsa;
  • Ağır dərəcəli şəkər, Hipertoniya, Epilepsiya, Onkolojik və ağır dərəcəli ürək xəstələrinə;
  • Prosedurdan 15 gün öncə antibiotik qəbulu;
  • Son 15 gün ərzində dərini soyan vasitələr (Peeling) istifadə olunubsa;
  • Hamiləlik və Laktasiya (süd verən) dövründə olarkən lazer epilyasiyası müəyyən stress yaşada biləcəyindən həkimlərimiz bu dövrdə lazer epilyasiyasını məsləhət görmür.
  •  

İnsan bədənində tüklərin inkişafı 3 etapda gedir.Bunlar anagen, katagen və telogen etaplarıdır.Lazer şüası tük kökünə ancaq anagen dövrdə təsir etdiyinə görə bu etapda mövcud olan tüklər seans zamanı birdəfəlik məhv edilir.Lakin bədəndəki tüklərin hamısının eyni anda anagen etapda omadığını nəzərə alaraq, tüklərin tam məhv edilməsi üçün bədən nahiyyəsində 4-6 seans, üz nahiyyəsində 8-10 seans tələb olunur.

Aleksandrit lazer,peşəkar mütəxəssis tərəfindən tətbiq olunarsa , hər seasnda mövcud olan tük folikulları birdəfəlik məhv edilər və həmin tüklər bir daha çıxmaz.

Seans aralıqları ilkin seanslarda üz nahiyyəsi üçün 28-30 gün,bədən nahiyyəsi üçün 45-60 gün təşkil edir.Lakin bu müddət hər seansdan sonra artaraq 12 aya qədər uzanır.

Söhbəti davam etdir
Söhbətə başla
Lalisa Estetik Mərkəz
Salam, hörmətli izləyici!
Buyurun, sizə necə köməklik edə bilərik?