KARBON PİLİNQ
Karbon pilinq haqqında Sıx Soruşulan Sualları bir yerə cəmlədik. Müştəri xidmətləri ilə əlaqə saxlmazdan əvvəl müvafiq sualınız ilə əlaqəli bu bölməyə baxmanız xahiş olunur.
Son zamanlar dəb halını almış və Hollywood ulduzlarının çox sevdiyi bu prosedur, ilin istənilən fəslində tətbiq edilə bilən bir prosedurdur.
Dərinin məsamələrinə yeridilmiş karbon maddəsi lazer işığı vasitəsi ilə parçalandığında məsamələrin içərisi daha dərindən təmizlənir və dəridə sıxılma baş verir.
- Yeni yaranmış və səthi ləkələrin aradan qaldırılması
- Böyümüş məsamələrin yığılması
- Dəri yağlanmasının balanslaşması
- Dəridə olan xırda civzələrin aradan götürülməsi
- Dəri rənginin açılması və hamar relyefin yaranması
- Makiyajın dəriyə daha rahat oturması
Tamamilə ağrısız və izsizdir, prosedurdan dərhal sonra pasient gündəlik həyatına qayıda bilər.
Normal quru dərilər istisna olmaqla,çox quru dərilərə bu proseduru etmək məsləhət deyildir.
- Hamiləlik və laktasiya dövrü
- Dəri xərçəngi
- Prosedur nahiyyəsində iltihablı yaralar
Həkim konsultasiyası tam ödənişsiz aparılır.